Prezident Ərdoğan ABŞ prezidenti Bayden ilə telefonla danışıb

Prezident Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə telefonla danışıb.

1627189
Prezident Ərdoğan ABŞ prezidenti Bayden ilə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə telefonla danışıb.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına görə, Ərdoğan telefon söhbətində (Fətullahçı Terror Təşkilatı) FETÖ-nün ABŞ-dakı varlığı və ABŞ-ın Suriyada terror təşkilatı PKK/PYD-yə verdiyi dəstək kimi problemlərin həllə qovuşdurulmasının əhəmiyyətini vurğulayıb.

Ərdoğan ilə Baydenin görüşündə Türkiyə-ABŞ münasibətləri və regional mövzular müzakirə olunub.

İki liderin NATO-nun iyun ayında Brüsseldə keçiriləcək sammitində görüşmək barədə razılığa gəldikləri bildirilib. 

Ağ Ev tərəfindən verilən açıqlamada da  NATO sammitində iki liderin görüş keçirəcəyi təsdiqlənib.

Baydenin Ərdoğana geniş səviyyəli əməkdaşlıq və fikir ayrılıqlarının effektiv həlli üçün konstruktiv münasibətlərdə maraqlı olduğunu çatdırdığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr