Prezident Ərdoğan Çavuşoğluna Dendiasa verdiyi cavaba görə təşəkkür edib

Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğluna Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa verdiyi cavaba görə təşəkkür edib.

1625625
Prezident Ərdoğan Çavuşoğluna Dendiasa verdiyi cavaba görə təşəkkür edib

Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğluna Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa verdiyi cavaba görə təşəkkür edib.
Dövlət başçısı partiyasının Türkiyə Böyük Millət Məclisində qrup iclasında etdiyi çıxışda keçən həftə paytaxt Ankarada səfərdə olan Yunanistan xarici işlər nazirinin həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransına toxunub.

Ərdoğan "Xarici işlər nazirimizə Yunanıstanın xarici işlər naziri ilə görüşündə verdiyi cavablara görə də təşəkkür edirəm. Əsla başımızı əyməyəcək və dik tutacağıq. Millətimiz əsla boynunda bu cür əsarət zənciri ilə yaşayacaq bir millət deyildir" deyib.

Qeyd edək ki, Çavuşoğlu (15 aprel) Ankarada səfərdə olan yunanıstanlı həmkarı Nikol Dendias ilə mətbuat konfransında əsassız ittihamlar səsləndirən qonaq nazirə "Bu ilk görüşün daha müsbət bir atmosferdə davam etməsini istəyirdik, lakin Nikos Dendias təəssüf ki,  ölkəm əleyhinə son dərəcə qəbuledilməz ittihamlarla çıxış etdi. Birincisi, Türkiyənin Yunanıstanın suverenlik haqlarını pozduğunu söylədi. Bunu qəbul edə bilmərik. Türkiyə Cümhuriyyəti öz hüquqlarını, xüsusilə Şərqi Aralıq dənizində və Kıbrıs (Kipr) Türklərinin haqlarını qorumağa qadirdir və atdığımız addımlar da haqlarımızın qorunması istiqamətindədir. Buraya gəlib Türkiyəni ittiham etsəniz, mən də bunların cavabını verərəm. Ayrıca, Türkiyədə biz Rum ortodoks azlığı Rum ortodoks kimi qəbul edirik, ancaq siz "Mən Türkəm" deyən Türklərə "Yox sən Türk deyilsən, sadəcə müsəlmansan" deməyiniz də nə insanidir, nə də beynəlxalq hüquqa uyğundur" deyə cavab vermişdi.



Әlaqәli Xәbәrlәr