Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi fasiləsiz davam edir

Sərhəd məntəqələrində həyata keçirilən əməliyyatlarda 113 min 768 qanunsuz miqrantın keçməsinin qarşısı alındı, 48-i PKK/YPG üzvü olan 103 terrorçu yaxalandı.

1624970
Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi fasiləsiz davam edir

Cari ilin əvvəlindən bəridir sərhəd məntəqələrində həyata keçirilən əməliyyatlarda 113 min 768 qanunsuz miqrantın keçməsinin qarşısı alındı, 48-i PKK/YPG üzvü olan 103 terrorçu yaxalandı.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, hərbçilərin gecə-gündüz demədən sərhədlərdəki təsirli və fədakar şəkildə apardığı mübarizəsi davam edir.

1 yanvar-18 aprel 2021 tarixləri arasında xüsusilə İraq, İran və Suriyada qanunsuz keçidlərin qarşısını almaq səyləri daxilində 24 min 56 hadisəyə müdaxilə edildi.

Bu müdaxilələr nəticəsində 49 403 qeyri-qanuni miqrant yaxalandı və 113 768 qanunsuz miqrantın keçməsinin qarşısı alındı.

Sərhədlərdəki əməliyyatlar çərçivəsində, 48-i PKK/YPG üzvü, 32-si FETÖ (Fətullahçı Terror Təşkilatı), 14-ü DEAŞ və 9-u HTŞ-li olmaqla 103 terrorçu hərbçilər tərəfindən yaxalandı.

Digər tərəfdən sərhədlərdə "Təhlükəsizlik divarı" layihəsi sürətlə davam edir.

Bu çərçivədə Suriya sərhədində inşa ediləcək divar layihəsinin 98 faizi tamamlanaraq, 892 kilometrlik bir divar inşa edildi. Divarın qalan hissəsi isə sadəcə 18, 9 kilometrdir. 

İran sərhədində 147,4 kilometrlik divar inşa edilərkən, qalan 96 kilometrin tamamlanması işləri davam edir.

İraq sərhəd xəttində də 35 kilometrlik divar inşa ediləcək.



Әlaqәli Xәbәrlәr