Prezident Ərdoğan: “Türkiyə hava-hava raket texnologiyasına malikdir”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hava-hava raket texnologiyasına malik nadir ölkələrdən biri olmağı bacardığını bildirib.
1621009
Ərdoğan sosial media hesabı “Twitter”da bu barədə açıqlama verib. Qeyd edib ki, Türkiyə hava-hava raket texnologiyasında nadir ölkələrdən biri olmağı bacardı. Prezident Türkiyənin gənc texnikləri və mühəndislərinin “Göktuğ” layihəsi çərçivəsində inkişaf etdirdikləri qapalı hava-hava raketi “Bozdoğan”ın ilk sınaqdan uğurla keçdiyinə diqqət çəkib.