Rәcәb Tayyib Әrdoğan vә Әbdülhәmid Dibeybe birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: ‘‘Liviya ilə dəniz yurisdiksiyaları barədə imzaladığımız anlaşma memorandumu iki ölkənin milli maraqlarını və gələcəyini zәmanәt altına aldı’’.

1619904
Rәcәb Tayyib Әrdoğan vә Әbdülhәmid Dibeybe birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: ‘‘Liviya ilə dəniz yurisdiksiyaları barədə imzaladığımız anlaşma memorandumu iki ölkənin milli maraqlarını və gələcəyini zәmanәt altına aldı’’.

Prezident Rәcәb Tayyib Әrdoğan Türkiyәyә rәsmi sәfәr edәn Liviya Milli Hәmrәylik  Hökumətinin  Baş naziri Əbdülhəmid Dibeybe ilә birgә mətbuat konfransı təşkil edib.

Mәtbuat konfransında çıxış edәn Türkiyә prezidenti qeyd edib ki, Liviyanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini, Liviya xalqının rifahını qorumaq bizim əsas hədəfimizdir. Liviyaya verdiyimiz dәstәk Tripolinin süquta uğramasının vә yeni qәtliamların törәdilmәsinin qarşısını alıb vә atәşkәsi tәmin edib.

‘‘Liviya ilə 2019-cu ilin dekabr ayında  dəniz yurisdiksiyaları barədə imzalanan anlaşma memorandumu iki ölkənin milli maraqlarını və gələcəyini zәmanәt altına alıb. Sülh, əmin-amanlıq və firavanlığın hökm sürdüyü bir Liviya üçün səylərimizi birlikdə davam etdirəcəyik’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

Bundan sonra ilkin prioritetlәrinin Milli Hәmrәylik Hökumətinin səlahiyyət və suverenliyinin bütün ölkəyə yayılmasını təmin etmәk olacağını vurğulayan Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә Milli Hәmrәylik Hökumәtinә dәstәk vermәyә davam edәcәk.

Rәcәb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti də seçkilərin müәyyәn olunmuş tarixdə (24 dekabr) keçirilmәsi üçün Liviyanı dəstəkləməyə dəvət edib.

Prezident Әrdoğan Türkiyәdә sәfәrdә olan  Baş nazir Dibeybe ilə Türkiyәnin özəl sektorunun Liviyaya dönməsini sürətləndirmək üçün atılacaq  addımlar barədə razılığa gəldiklərini və bu gün  Liviyaya 150 min doza yeni növ  koronavirus (Covid-19) epidemiyasına qarşı  peyvənd göndәrәcәklәrini bildirib.

Liviya Baş naziri Әbdülhәmid  Dibeybe isә öz növbәsindә vurğulayıb ki, Liviyada davamlı atәşkәsin tәmin olunması üçün verdiyi dәstәyә görә Türkiyәyә minnәtdarıq.

İkitərəfli münasibətlərin inkişaf etdirilməsini istədiklərini vurğulayan Әbdülhәmd Dibeybe deyib: ‘‘Türk qardaşlarımızla münasibətlərimizin yüksәk  səviyyәyә çatdırılmasını  arzu edirik’’.

Qeyd edәk ki, İki ölkә arasında әmәkdaşlığa dair beş müqavilә imzalanıb. İmza mәrasimindә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Liviya Baş naziri Әbdülhәmid  Dibeybe dә iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr