Türkiyə Malidə törədilən terror aktını qınadı

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasına təşkil edilən hücumu qınadı.

1613877
Türkiyə Malidə törədilən terror aktını qınadı

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Malidəki missiyasına təşkil edilən hücumu qınadı. 

Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: "Birləşmiş Millətlər Təşkilatının Malinin şimalındakı Kidal bölgəsindəki missiyasının bazasına edilən hücum zamanı 4 əsgərin həlak olması və  20 nəfərin də yaralanması ilə bağlı xəbər bizi kədərləndirib. Bu terror aktını qınayırıq. Həyatını itirənlərin ailələrinə başsağlığı, xəsarət alanlara şəfa diləyirik". 

Bəyanatda həmçinin dost və qardaş Malidə sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. 



Әlaqәli Xәbәrlәr