Terrorla mübarizə çərçivəsində daha 6 terrorçu zərərsizləşdirilib

Mardin şəhərində zərərsizləşdirilən 6 terrorçudan birinin “qırmızı” kateqoriyada axtarışda olan terror təşkilatı PKK-nın Mardindən məsul şəxsi olduğu müəyyən edildi.

1611671

Daxili İşlər Nazirliyi Mardində dünən (30 mart) "Eren-5" əməliyyatı çərçivəsində zərərsizləşdirilən 6 terrorçu arasında "qırmızı" kateqoriyada axtarışda olan PKK-nın Mardin zabiti adlandırılan Həsən Mahmudi və "narıncı" kateqoriyada axtarışda olan sözdə Mardin Bagok sahə məsulu Teyyüp Çamın olduğunu bildirib.

Qırmızı kateqoriyadakı terrorçunun eyni zamanda terror təşkilatının quldurbaşı Murat Karayılanın cangüdəni olduğu aşkarlanıb.

Açıqlamada "Terrorçuların zərərsizləşdirilməsi ilə şəhidlərimizin və yaralılarımızın qanı yerdə qalmadı" ifadələrindən istifadə edilib və zərərsizləşdirilən digər terrorçuların şəxsiyyət araşdırmalarının davam etdiyi bildirildi.

Әlaqәli Xәbәrlәr