Türkiyənin xarici işlər naziri Tacikistanda

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1609986
Türkiyənin xarici işlər naziri Tacikistanda

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tacikistan və Əfqanıstan hökumətlərinin həmsədrliyi ilə keçiriləcək IX Asiyanın Ürəyi İstanbul Müddəti nazirlər konfransında iştirak etmək üçün Tacikistana gedib.

  Sözügedən səfərlə bağlı “twitter” hesabından M.Çavuşoğlu: "İkitərəfli əlaqələri müzakirə etmək və IX Asiyanın Ürəyi İstanbul Müddəti nazirlər konfransı üçün dost və qardaş Tacikistandayıq", - yazıb.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi səfərin 28-30 mart tarixləri boyu sürəcəyi bildirilir: “Bu çərçivədə Mövlud Çavuşoğlu tacikistanlı həmkarı Siraciddin Muxriddin ilə görüşəcək, Tacikistan prezidenti İmaməli Rəhman tərəfindən qəbul ediləcək. Görüşlər zamanı ikitərəfli əlaqələrin bütün sahələri müzakirə olunacaq, regional və beynəlxalq məsələlərdə fikir mübadiləsi aparılacaq. Martın 30-da IX Asiyanın Ürəyi İstanbul Müddəti nazirlər konfransı reallaşacaq”.



Әlaqәli Xәbәrlәr