Milli müdafiə naziri Hulusi Akar Rumıniyada səfərdədir

Milli müdafiə naziri Hulusi Akar Türkiyə ilə Rumıniya arasındakı dostluq və əməkdaşlığın gələcək dövrdə daha çox inkişaf edəcəyinə inandığını bildirib.

1597876
Milli müdafiə naziri Hulusi Akar Rumıniyada səfərdədir

"Türkiyə ilə Rumıniya arasındakı dostluq və əməkdaşlıq gələcək dövrdə daha çox inkişaf edəcək".

Bunu Rumıniyada səfərdə olan milli müdafiə naziri Hulusi Akar Türkiyənin Buxarestdəki səfirliyini ziyarəti zamanı deyib.

Səfir Füsun Aramazdan məlumat alan nazir Akar "Şərəf kitabı"na bunları yazıb:

"Rəsmi danışıqlar üçün Rumıniyada olmağımdan və Buxarestdəki səfirliyimizi ziyarət etməkdən çox məmnun oldum.

Türkiyə və Rumıniya regional və qlobal məsələlərə həll yolu tapılması barədə əməkdaşlıq edirlər. İnanıram ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf etmiş səviyyələrə çatacaqdır.

Buxarestdəki səfirliyimizin işi də iki ölkə arasındakı əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə kömək edir".

Milli müdafiə naziri Akar səfəri çərçivəsində Rumıniyanın müdafiə naziri Nikola Lonel Kiuca ilə görüş keçirəcək. İki nazir heyətlər arasındakı danışıqlara da rəhbərlik edəcək.

Hulusi Akar Buxarestdəki Türk Qəbiristanlığını da ziyarət edəcək.



Әlaqәli Xәbәrlәr