Türkiyә XİN Xocalı qәtliamı ilә bağlı bәyanat yayıb

Türkiyә Xocalı qәtliamının ildönümü ilә әlaqәdar bәyanat yayıb.

1591228
Türkiyә XİN Xocalı qәtliamı ilә bağlı bәyanat yayıb

 

Türkiyә Xocalı qәtliamının ildönümü ilә әlaqәdar bәyanat yayıb.

Xarici işlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Can Azәrbaycanın acısını qәlbimizdә hiss edirik vә bölüşürük. 1992-ci ilin fevralın 26-da Ermənistan Respublikasının birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə qarşı təcavüzlərdə aralarında qadın və uşaqların da olduğu 613 azərbaycanlı dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Xocalıda törәdilәn qәtliam nәticәsindә hәyatını itirәn azәrbaycanlı qardaşlarımıza Allahdan rәhmәt, can Azәrbaycan xalqına başsağlığı dilәyirik, hәyatını itirәnlәrin әziz ruhu qarşısında baş әyirik’’.



Әlaqәli Xәbәrlәr