Ərdoğan: "Qarabağda atəşkəsin qorunması üçün bütün mövzularda birgə səylərin olması vacibdir"

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefonla danışıb.

1586325
Ərdoğan: "Qarabağda atəşkəsin qorunması üçün bütün mövzularda birgə səylərin olması vacibdir"

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefonla danışıb.

Prezident Aparatı Mətbuat Xidmətinin açıqlamasına görə, Türkiyə-Rusiya münasibətlərini inkişaf etdirəcək addımların müzakirə olunduğu telefon söhbətində regional məsələlər də qiymətləndirilib. 

Dövlət başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini uğurla davam etdirdiyini, atəşkəsin qorunması üçün birgə səylərin göstərilməsinin vacibliyini dilə gətirib.

Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Türkiyə və Rusiya prezidentləri Suriya və Liviya münaqişələrini də müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr