Fuad Oqtay Azərbaycanın Baş naziri Əli Əsədovla görüş keçirib

Vitse-prezident Fuad Oqtay Türkiyədə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla görüş keçirib.

1586181
Fuad Oqtay Azərbaycanın Baş naziri Əli Əsədovla görüş keçirib

“Biz bir millətik və bunu göstərəcəyik. Sadəcə döyüş meydanında deyil, ondan sonra işğaldan azad olunan bölgələrin bərpa və tikintisində də sizinlə birgə olacağıq. Görüləcək çox gözəl işlərimiz var”.

Bunu vitse-prezident Fuad Oqtay  Fuat Oktay Türkiyədə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə deyib.

Fuad Oqtay dövlət başçısı Ərdoğanın dəqiq təlimatı ilə 30 ildir işğal altında olan Qarabağ torpaqlarının (Ermənistan işğalından) azad edilməsində Türkiyənin sonuna qədər Azərbaycanla birlikdə olduğunu da vurğulayıb. 

Əli Əsədov da Türkiyənin Qarabağ məsələsində olduğu kimi, "Covid-19" pandemiyası dövründə də Azərbaycana olduqca dəstək verdiyini söyləyib və bu dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.



Әlaqәli Xәbәrlәr