Hami Aksoy: ‘‘Ermәnistan Dağlıq Qarabağda tәmin olunan atәşkәsi açıq şәkildә pozur’’

Türkiyә Ermәnistanın Dağlıq Qarabağda atәşkәsi pozduğunu bildirib.

1553570
Hami Aksoy: ‘‘Ermәnistan Dağlıq Qarabağda tәmin olunan atәşkәsi açıq şәkildә pozur’’

 

Türkiyә Ermәnistanın Dağlıq Qarabağda atәşkәsi pozduğunu bildirib.

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy vurğulayıb ki, Dağlıq Qarabağda silahı yerә qoymayan vә geri çәkilmәkdәn imtina edәn Ermәnistan Azәrbaycan Silahlı Qüvvәlәrinә qarşı törәtdiyi hücumlarla 2020-ci ilin noyabr ayında imzalanan üçtәrәfli razılaşma ilә tәmin olunan atәşkәsi açıq şәkildә pozur.

Hami Aksoy bildirib ki,  Ermәnistanın noyabrın 26-da vә son olaraq 8 vә 11 dekabr tarixlәrindә törәtdiyi hücumlar nәticәsindә hәlak olanlar vә yaralananlar olub.

Aksoy qeyd edib ki, üçtərəfli bəyanata imza atan Ermənistan bütün silahlı dəstələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə məsuliyyət daşıyır. 

Hami Aksoy hәmçinin hücumlar nәticәsindә hәyatını itirәn Azәrbaycan vәtәndaşlarına rәhmәt dilәyib vә bütün Azәrbaycan xalqına başsağlığı verib.



Әlaqәli Xәbәrlәr