Türkiyə Nigerdəki hücumu qınayıb

Türkiyə Nigerin Toumuor (Diffa) bölgəsində  dinc vətəndaşları hədəf alan hücumları qınayıb.

1546200
Türkiyə Nigerdəki hücumu qınayıb

Türkiyə Nigerin Toumuor (Diffa) bölgəsində dinc vətəndaşları hədəf alan hücumları qınayıb.
Xarici İşlər Nazirliyinin bəyanatında Nigerin Cənub-Şərqindəki Toumour (Diffa) bölgəsində 13 dekabr gecəsi mülki vətəndaşlara istiqamətli terror hücumunda 28 adamın həyatını itirdiyinin və yüzlərlə insanın yaralandığının dərin bir kədərlə öyrənildiyi bildirilib.
Bəyanatda bunlar qeyd edilib:

"Bu xain hücumu qətiyyətlə qınayırıq. Dost və qardaş Niger xalqının və hökumətinin kədərini bölüşürük. Həyatını itirənlərə Allahdan rəhmət, mərhumunların yaxınlarına başsağlığı, yaralılara təcili şəfa diləyirik."

Qeyd edək ki, Diffa bölgəsindəki Toumour kəndinə 13 dekabr gecəsi terror təşkilatı Boko Haramın hücumu nəticəsində 28 nəfər həyatını itirib, təxminən 800 ev və iş yeri yararsız hala gəlib. Niger hökuməti hadisədən sonra 3 günlük yas elan edib. 

Diffa bölgəsi 11 dekabr tarixində də Boko Haramın hücumuna məruz qalıb və hadisə nəticəsində 2 nəfər ölüb.

Bölgə 2015-ci ilin fevralından Boko Haram tərəfindən hücumlara məruz qalır.



Әlaqәli Xәbәrlәr