Türkiyə Avropa İttifaqının qərəzli və hüquqa zidd mövqeyini rədd etdi

Türkiyə Avropa İttifaqı (Aİ) sammitinin yekun sənədində məcbur olaraq yer alan qərəzli və hüquqa zidd mövqeyi rədd etdi.

1543790
Türkiyə Avropa İttifaqının qərəzli və hüquqa zidd mövqeyini rədd etdi

Türkiyə Avropa İttifaqı (Aİ) sammitinin yekun sənədində məcbur olaraq yer alan qərəzli və hüquqa zidd mövqeyi rədd etdi.

Xarici İşlər Nazirliyi Aİ Dövlət və Hökumət Başçılarının 10-11 dekabr tarixlərində keçirilmiş Sammitdən sonra yayımlanan bəyannaməyə yazılı reaksiyasını bildirdi.

Açıqlamada "bir-iki ölkənin" dar siyasi maraqları ucbatından Türkiyə-Aİ münasibətlərində hələ müsbət bir gündəm yaradıla və Aİ-nin heç bir xeyri olmayan məhdudlaşdırıcı tədbirlər görmək axtarışından çıxa bilmədiyi vurğulanıb.

Açıqlamada bəzi üzv ölkələrin üzvlük həmrəyliyini və veto hüquqlarından sui-istifadə edərək, Türkiyəyə qarşı gündəmə gətirdikləri maksimalist tələblərinin və haqsız mövqelərinin Türkiyə ilə Aİ-ni bir dairənin içinə həbs etdiyinə diqqət çəkilərək, "Bu vəziyyət Türkiyə və Aİ-nin birgə maraqları ilə bölgəmizin sülh, təhlükəsizlik və sabitliyinə zərər verir” xəbərdarlığı edilib. 

"Xüsusilə Kıbrıs (Kipr), Şərqi Aralıq dənizi, Egey və regional mövzularda əsasən Aİ-nin böyük əksəriyyətinin də mənimsəmədiyini bildiyimiz, ancaq həmrəylik və veto təzyiqinə görə 10 dekabr Aİ Sammitinin yekununda yer alan qərəzli və qanunsuz münasibəti rədd edirik" deyə açıqlamada vurğulanıb. 

Açıqlamada bu da əlavə olunub ki, Türkiyə bölgədə sabitliyin bərqərar olması üçün Yunanıstanla birlikdə təxribatçı addımlara baxmayaraq, hər zaman işarə etdiyi kimi hər hansı bir şərt olmadan kəşfiyyat danışıqlarına başlamağa hazırdır. Şərqi Aralıq dənizi regional konfransı bu baxımdan bir fürsətdir. Ölkəmizin və Şimali Kıbrıs Türk Cümhuriyyətinin qanuni hüquqlarının Şərqi Aralıq dənizində qətiyyətlə qorunmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr