Terror təşkilatının daha iki üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Daxili İşlər Nazirliyi terror təşkilatı PKK üzvü olan daha 2 terrorçunun təlqin edilərək təslim olduğunu bildirib.

1541346
Terror təşkilatının daha iki üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Daxili İşlər Nazirliyi terror təşkilatı PKK üzvü olan daha 2 terrorçunun təlqin edilərək təslim olduğunu bildirib.

Nazirliyin açıqlamasına görə, terror təşkilatı üzvlərinin təlqin edilərək təslim olma prosesi davam edir.

Bu çərçivədə Daxili İşlər Nazirliyinin koordinasiyasında Polis Baş İdarəsi və Jandarma Komandanlığı tərəfindən aparılan təlqin səyləri nəticəsində PKK terror təşkilatından qaçan 2 təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Terror mənsublarının 1993- 2016-cı illər arasında terror təşkilatına qatıldıqları Türkiyə, Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edildi.

İl ərzində təlqin vasitəsilə PKK/KCK terror təşkilatından təslim olanların sayı 225-ə çatıb.



Әlaqәli Xәbәrlәr