R.T.Әrdoğan: ‘‘İdeoloji fanatizmin dövlәt başçıları sәviyyәsindә tәşviq edildiyini görürük’’

Prezident Rəcəb Tayyib Ərdoğan  ideoloji fanatizmin dövlәt başçıları səviyyəsində təşviq edildiyini gördüklərini söylədi.

1535875
R.T.Әrdoğan: ‘‘İdeoloji fanatizmin dövlәt başçıları sәviyyәsindә tәşviq edildiyini görürük’’

 

Prezident Rəcəb Tayyib Ərdoğan  ideoloji fanatizmin dövlәt başçıları səviyyəsində təşviq edildiyini gördüklərini söylədi.

Ərdoğan Amerikalı Müsəlmanlar Cəmiyyətinin 23-cü İllik Konqresinә videokonfrans yolu ilә  qatılaraq bu il yalnız yeni növ koronavirus (Covid-19) epidemiyası ilə deyil, həm də ondan daha tez yayılan "İslamofobiya" virusu ilə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını deyib.

İslamofobiya və ksenofobiya siyasəti ələ keçirən, gündəlik həyatı çətinləşdirən və dövlət siyasətinə rəhbərlik edən bir tendensiyaya çevrildiyini qeyd edən Ərdoğan  bir çox ölkədə müsəlmanların inanclarına, dillərinə, adlarına və ya geyimlərinə görə ayri-seçkiliyә mәruz qalmasının adi hala çevrildiyini söyləyib.

İsveçdə Qurani-Kәrimin yandırılmasının, Norveçdə Qurani-Karimin cırılmasının  və Fransada mətbuat azadlığı adı altında  Peyğəmbərimizi təhqir edən karikaturaların təşviq edilməsinin müsəlmanlara  edilən hücumlardan yalnız bir neçəsidir deyәn Әrdoğan bildirib ki, DEAŞ vә FETÖ  ilə heç bir fərqi olmayan bu ideoloji fanatizmin getdikcə  artdığını  və hətta dövlәt başçıları səviyyəsində təşviq edildiyini görürük.

Rәcәb Tayyib Әrdoğan İslam və bәşәriyyәt düşmənlərinin çәkinmәmәsinin  ən böyük səbəbinin müsəlmanların hərəkətә keçmәmәsi olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr