Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın "Fərat qalxanı" əməliyyatı bölgəsindəki El-Bab və Cerablus şəhərlərində terror təşkilatı PKK/PYD/YPG və DEAŞ üzvü olan üç şübhəli yaxalanıb.

1529131
Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın "Fərat qalxanı" əməliyyatı bölgəsindəki El-Bab və Cerablus şəhərlərində terror təşkilatı PKK/PYD/YPG və DEAŞ üzvü olan üç şübhəli yaxalanıb.
Qaziantep valiliyinin açıqlamasında El-Bab və Cerablus şəhərlərindəki yerli hüquq-mühafizə orqanlarına Valilik koordinasiyasında müşavirlik xidmətləri verildiyi xatırladılıb.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
"Münbic bölgəsində 2014-2016-cı illəri arasında terror təşkilatı DEAŞ üzvü olaraq, 2016-cı ildən bəri isə terror təşkilatı PKK/YPG/PYD üzvü olduğu aşkarlanan G.H. Əl Baba bağlı  Bzaa-Razi məhəlləsində evdə yerli hüquq-mühafizəsi tərəfindən aparılan aştarış nəticəsində yaxalanıb. Eyni təşkilatlar üçün işlədiyi aşkarlanan M. H. isə Al Vilat məhəlləsində yaxalanıb.Cərablus şəhərində isə terror təşkilatı üzvü M. E. M. təşkilatın hücrə evində yaxalanıb. Evdə aparılan axtarış zamanı çox sayda silah və mobil telefon ələ keçirilib.
Digər tərəfdən, Mardində terror təşkilatı PKK üzvləri olan terrorçuların istifadə etdiyi sığınacaqda müxtəlif avadanlıqlar ələ keçirilib.
Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Vilayət Jandarma Komandanlığı tərəfindən Ömeryan çölündə "Şəhid Jandarma Mütəxəssis Çavuş Mehmet Acar Əməliyyatı" həyata keçirilib.
Əməliyyatda giriş yeni daşlarla gizlədilmiş bir sığınacaq tapıldı. Sığınacaqda aparılan axtarış zamanı təşkilat üzvlərinə məxsus geyimlər, fərdi təmizləyici materiallar və müxtəlif qida məhsulları ilə yaşayış materialları aşkar edilib.



Әlaqәli Xәbәrlәr