Prezident Rəcəb Tayyib Ərdoğan: "Azərbaycan zəfərə yaxınlaşır"

Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqının bu torpaqlarını bir-bir azad etdiyini söyləyib.

1523622
Prezident Rəcəb Tayyib Ərdoğan: "Azərbaycan zəfərə yaxınlaşır"

Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kahramanmaraş vilayətinin 7-ci növbəti konqresində deyib. 

Ərdoğan çıxışında hər zaman Haqqın, həqiqətin yolunda, millətin onlara göstərdiyi istiqamətdə cəhd göstərdiklərini vurğulayaraq deyib ki, mədəniyyətimizi və coğrafiyamızı müstəmləkəçiliklə, qanla və göz yaşı ilə boğmağa çalışanların üzlərinə gerçəkləri hayqırmaqdan, hər hal və şərt altında dostlarımızın yanında dayanmaqdan çəkinmədik. Suriyada biz var olduq, Liviyada biz var olduq. İndi də Azərbaycanda biz var olduq və biz varıq". 

Çıxışında Azərbaycanın Ermənistana qarşı apardığı mübarizədə əldə etdiyi qələbəyə toxunan Ərdoğan "Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq” deyib.

Dövlət başçısının sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir.

"Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik" - deyə, Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr