Mövlud Çavuşoğlu Bosniya və Herseqovina və Xorvatiyanın xarici işlər nazirləri ilə görüşüb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinanın sabitliyi və bütövlüyü üçün Türkiyənin güclü dəstəklərini davam etdirəcəyini bildirib.

1523409
Mövlud Çavuşoğlu Bosniya və Herseqovina və Xorvatiyanın xarici işlər nazirləri ilə görüşüb
Gordan Grliç Radman-cavusoglu.jpg
cavusoglu turkovic mutabakat.jpg

Bosniya və Herseqovinanın sabitliyi və bütövlüyü üçün Türkiyə güclü dəstəklərini davam etdirəcək.
Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu noyabrın 6-da Antalyanın Belek Turizm Mərkəzindəki otellərdən birində təşkil edilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEEU) Qeyri-rəsmi Xarici İşlər Nazirləri Yığıncağı çərçivəsində Bosniya və Herseqovinanın Xarici İşlər Naziri Bisera Turkoviç ilə görüşü zamanı deyib.
İkitərəfli görüş zamanı nazirliklər arasında diplomatik arxivlər və protokollar sahəsində əməkdaşlıqla bağlı iki anlaşma memorandumu imzalanıb.
Çavuşoğlu sosial media hesabında etdiyi paylaşmada "Bosniya və Herseqovinanın sabitliyi və bütövlüyü üçün güclü dəstəyimiz davam edəcək" ifadəsindən istifadə edib.
Çavuşoğlu Xorvatiyanın Xarici İşlər naziri Gordan Grlic Radman ilə də görüş keçirib.
"Twitter" hesabından görüşü qiymətləndirən Çavuşoğlu həmkarı ilə ikitərəfli əlaqələri və regional problemləri qiymətləndirdiklərini bildirib.
Nazir Çavuşoğlu "Ortaq iqtisadi və ticarət komissiyası yaratmaq və birgə iqtisadi komissiyanı canlandırmaq istəyirik" deyib.



Әlaqәli Xәbәrlәr