Milli Müdafiə Nazirliyi: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir
Milli Müdafiə Nazirliyi günahsız dinc əhalini hədəf alan erməni terrorçularla əməkdaşlıq edən terror təşkilatı PKK?YPG mənsubu terrorçuların dərhal bölgəni tərk etmələrinin vacibliyini bildirib.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilib: "Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.
Bu sabah Gəncədə mülki əhaliyə hücum edilməsi ilə beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlara görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan 30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”.
Açıqlamada günahsız dinc əhalini hədəf alan erməni terrorçularla əməkdaşlıq edən terror təşkilatı PKK/YPG mənsubu terrorçuların dərhal bölgəni tərk etmələrinin vacibliyi vurğulanıb.
Ermənistanın son vaxtlarda Suriya və İraqdan PKK/YPG mənsubu çox sayda terrorçunu erməni qüvvələrinə dəstək olmaları üçün Dağlıq Qarabağa apardığı mediada yer almışdı.