Türkiyənin ticarət naziri Çexiyada səfərdədir

Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyənin Avropa İttifaqının  mühüm ticarət tərəfdaşlarından biri olduğunu bildirib.

2142482
Türkiyənin ticarət naziri Çexiyada səfərdədir

Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyənin Avropa İttifaqının  mühüm ticarət tərəfdaşlarından biri olduğunu bildirib.
Ömər Bolat Çexiyaya səfəri çərçivəsində paytaxt Praqada keçirilən Türkiyə-Çexiya İqtisadiyyat və Ticarət Komitəsinin iclasına qatılıb.
İclasda çıxış edən Ömər Bolat Türkiyənin Aİ iqtisadiyyatındakı əhəmiyyətinə diqqət çəkərək deyib:
"Avropa İttifaqı ən mühüm ticarət tərəfdaşımızdır. Türkiyə də Avropa İttifaqının üçüncü ölkələr baxımından beşinci tərəfdaşıdır. Başqa bir sözlə Türkiyə mühüm tərəfdaşdır'',-deyə Ömər Bolat vurğulayıb.
Çexiya ilə ticarət hədəflərinə də toxunan Ömər Bolat deyib: “Biz Çexiya ilə investisiya, ticarət və turizm əlaqələrimizi daha da gücləndirmək istəyirik. 20 il əvvəl Çexiya ilə ticarət həcmimiz 450 milyon dollar idi. Hazırda Çexiya ilə ticarət həcmimiz təxminən 13 dəfə artaraq 6 milyard dollara yaxınlaşıb''.



Әlaqәli Xәbәrlәr