Rәcәb Tayyib Әrdoğan vә Şarl Mişel Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndiriblәr
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilә telefon әlaqәsi saxlayıb.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilә telefon әlaqәsi saxlayıb.
Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, görüşdә Şәrqi Aralıq dәnizindәki proseslәr vә Türkiyә-Aİ münasibәtlәri müzakirә olunub.
Prezident Әrdoğan görüşdә Yunanıstanın vә bәzi Avropa İttifaqına üzv ölkәlәrin Şәrqi Aralıq dәnizi vә Egeydә gәrginliyin sәviyyәsini artıracaq addımlarının qarşısının alınmasında Aİ-nin üzәrinә düşәn öhdәliyi yerinә yetirmәsinin vacibliyini vurğulayıb. Әrdoğan Avropa İttifaqının Şәrqi Aralıq dәnizindә nümayiş etdirәcәyi mövqeyin beynәlxalq hüquq vә regional sülh baxımından әhәmiyyәt kәsb edәcәyini bildirib.
Rәcәb Tayyib Ərdoğan Avropa İttifaqı qurumlarını və üzv dövlətləri Şərqi Aralıq dənizi başda olmaqla bütün regional məsələlərdə ədalətli, mәsuliyyәtli, obyektiv vә bitәrәf qalmağa dəvət edib.