Türkiyə BƏƏ-nə reaksiya bildirdi

Türkiyə Milli Müdafiə Nazirliyi məlumatında bildirilir...

1466596
Türkiyə BƏƏ-nə reaksiya bildirdi

 

  Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Birləşmiş Ərəb Əmirliyinin - Abu Dabi rəhbərliyinin Suriya, Liviya, Yəmən və Afrika Buynuzu kimi bölgələrdə sabitliyi pozan işlər gördüyünü bildirdi.

  MSB ölkənin milli müdafiə naziri Hulusi Akarın 31 iyul 2020-ci ildə Əl-Cəzirə televiziyasında gedən müsahibədə soruşulan suallara verdiyi cavaba Bəhreyn Xarici İşlər Nazirliyi tərəfindən edilən şərhin gerçəkləri əks etdirmədiyini açıqlayıb. 

  Türkiyə Milli Müdafiə Nazirliyi məlumatında bildirilir: "Abu Dabi rəhbərliyinin Suriya, Liviya, Yəmən və Afrika Buynuzu kimi bölgələrdə Birləşmiş Millətlər Təşkilatı müqaviləsi başda olmaqla, beynəlxalq qayda və əxlaqi dəyərləri tapdalayaraq icra etdiyi sabitliyi pozan hərəkətləri “bərpa etmək” adlandırması və bunlara verdiyimiz haqlı reaksiyanı ərəb qardaşlarımıza əks olaraq göstərmək istəyi boş bir səydir. Ərəb xalqı bizim dostumuzdur, qardaşımızdır. Abu Dabi rəhbərliyi və onu dəstəkləyən ölkələri sağlam fikirə dəvət edirik. Bəhreyn və bu gün yanında dayanan dövlətlər yaxın tarixdə bu bölgədə etdiklərini yada salsınlar. Regional barış, sabitlik və təhlükəsizliyi pozan qiyamçıların deyil, hüquq və hökumətin yanında yer alanlar müdafiə oluna bilər.

  Türkiyənin Liviya ilə 500 illik ortaq tarix, mədəniyyət və inançları var. Biz "Liviya liviyalılarındır" prinsipi ilə hərəkət edirik. Türkiyənin məqsədi Milli Koalisiya Hökumətinin rəhbərliyi ilə bütün liviyalıların torpaq bütövlüyü və milli birliyinin təmin edilməsi, müstəqil suveren bir Liviyanın olmasıdır. Biz qiyamçıların deyil, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan qanuni Milli Koalisiya Hökumətinin dəvəti və beynəlxalq hüquqa uyğun olaraq imzalanmış ikitərəfli razılaşmalar çərçivəsində Livyadayıq. Türkiyə bu günə qədər verdiyi hərbi təlim, yardım və məsləhət dəstəyinə davam edəcək."



Әlaqәli Xәbәrlәr