Siirt-Eruh Ciraf bölgəsində terrorçular zərərsizləşdirlidi

Türkiyə Daxili İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilib...

1435504
Siirt-Eruh Ciraf bölgəsində terrorçular zərərsizləşdirlidi

 

  Türkiyənin Siirt-Eruh Ciraf bölgəsində zərərsizləşdirilən terrorçu sayı 4-ə yüksəldi.

  Türkiyə Daxili İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilib: “Ölkəiçi təhlükəsizlik əməliyyatları çərçivəsində Siirt-Eruh Ciraf mövqeyində Rayon Jandarma Komandanlığı tərəfindən davam edən hava dəstəkli əməliyyatda daha 2 terrorçu zərərsizləşdirilib. Bundan əvvəl də eyni bölgədə reallaşdırılan əməliyyatda 2 terrorçu təsirsiz hala gətirilmişdi. Beləliklə, Siirt-Eruh Ciraf bölgəsində zərərsizləşdirilən terrorçu sayı 4-ə yüksəlib. Bölgədə əməliyyatlar davam edir”.

  Daxili İşləri naziri Süleyman Soylu da “twitter” hesabından etdiyi paylaşmada əməliyyatlarla bağlı yazıb: "Siirt Eruh Cirafda işə davam. Valimiz, rayon jandarma komandirimiz və fədakar yoldaşlarımızla danışdım... İki terrorçu da zərərsizləşdriliməklə bu gün hələlik dörd oldu..."



Әlaqәli Xәbәrlәr