"Rəqəmsal fərqliliklə də gələcəyə ümidlə baxmağa davam edəcəyik", R.T.Ərdoğan

İctimai media hesabı “twitter”dən Ərdoğan rəqamsal müxtəlifliyə diqqət çəkərək yazıb...

1433694
"Rəqəmsal fərqliliklə də gələcəyə ümidlə baxmağa davam edəcəyik", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti başçısı Rəcəb Tayyib Ərdoğan xalqın dəstəyilə güclü bir rəqəmsal fərqlilik meydana gətirəcək və gələcəyə ümidlə baxmağa davam edəcəklərini vurğulayıb.

  İctimai media hesabı “twitter”dən Ərdoğan rəqamsal müxtəlifliyə diqqət çəkərək yazıb: "Türkiyə inkişaf edən dünyanı yalnız uzaqdan izləmir. Son 18 ildə atdığımız addımlar və qoyduğumuz sərmayələrlə yeni dövrün aktyorlarından biri olmuşuq. İnşaallah, xalqımızın dəstəyilə güclü bir rəqəmsal fərqlilik meydana gətirəcək, gələcəyə ümidlə baxmağa davam edəcəyik.”

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) mətbuat katibi Fəxrəddin Altun da “twitter”dən "Rəqəmsal müxtəliflik” (Dijital farkındalık) etiketiylə paylaşma edib: "Rəqəmsal dünya gerçəklərin asan bir şəkildə eroziyaya uğradılıb dəyişdirilə bildiyi bir dünyadır. Həqiqəti əldə etmək üçün çox diqqətli olmalıyıq."

  Xəzinə və maliyyə naziri Berat Albayrak isə sözügedən mövzu ilə bağlı paylaşmasında belə yazıb: "Kiber dünya beşdən böyükdür. Yerli və milli texnoloji hücumlarımız, iqtisadiyyatımız, xarici siyasətimiz, rəqəmsal diplomatiyamız və milli təhlükəsizlik işlərimizlə rəqəmsal gələcəyə hazırıq. Gələcəyin xəzinəsi olan rəqəmsal dünyanın şəklini, məzmununu və istiqamətini dəyişdirmək bizim əlimizdədir!"



Әlaqәli Xәbәrlәr