Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Tunisә tibbi lәvazimat göndәrib

Türkiyәnin Tunisdәki sәfiri Әli Onaner rәmi ‘‘Twitter’’ sәhifәsindә verdiyi açıqlamada Türk Hava Yollarının әn böyük tәyyarәsi ilә Tunisә göndәrilәn tibbi lәvazimatı qarşıladıqlarını ifadә edib.

1419794
Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Tunisә tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Tunisә tibbi lәvazimat göndәrib.

Türkiyәnin Tunisdәki sәfiri Әli Onaner rәmi ‘‘Twitter’’ sәhifәsindә verdiyi açıqlamada Türk Hava Yollarının әn böyük tәyyarәsi ilә Tunisә göndәrilәn tibbi lәvazimatı qarşıladıqlarını ifadә edib.

Onaner keçәn hәftә dә Tunisin cәnubundakı Cerbe adasına tibbi yardım göndәrildiyini bildirib.

‘‘Epidemiyanın öhdәsindә birlikdә gәlәcәyik’’ ifadәlәrini işlәdәn Onaner Türkiyәnin koronavirusla mübarizә çәrçivәsindә Tunisә verdiyi dәstәyin davam etdiyini qeyd edib.

Göndərilən bağlamaların üzərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.

Tunis Sәhiyyә Nazirliyindәn verilәn açıqlamada isә epidemiya ilә mübarizә çәrçivәsindә Türkiyәnin tibbi yardım göndәrdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr