R.T.Әrdoğan 19 may- Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 19 may- Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә bәyanat verib.

1419744
R.T.Әrdoğan 19 may- Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 19 may- Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә bәyanat verib.

Sözlәrinә "Nurumuz, ümidimiz vә gələcəyimiz olan  gənclərimiz" ifadәlәri ilә bağlayan Әrdoğan mayın 19-da Mustafa Kamal Atatürkün Samsuna daxil olması ilә başlayan vә Amasya, Әrzurum ilә Sivasdan bütün ölkәyә yayılan milli mübarizәni müvәffәqiyyәtlә nәticәlәndirәn ruhu vә hәyacanı bu gün gәnclәrin gözlәrindә gördüyünü vurğulayıb.

‘‘Azadlığımızın, suverenliyimizin və cümhuriyyәtimizin gәlәcәyi Türkiyәnin gәnclәridir. Bu gün biz sizә daha parlaq gәlәcәk tәmin etmәk  üçün çalışarkәn sizdәn gözlәdiyimiz  qәhraman atalarımızın әmanәt etdiyi  vәtәn vә bayraq sevgisini qorumaq vә bu ali dәyәrlәri gәlәcәk nәsillәrә ötürmәnizdir. Mәn ürәkdәn inanıram ki, üzәrinizә götürdüyünüz mәsuliyyәti dәrk edәrәk Cümhuriyyәtimizә sahib çıxacaqsınız’’.

Әrdoğan gәnclәri vә Türk xalqının 19 may- Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә tәbrik edib vә başda Qazi Mustafa Kamal Atatürk olmaqla Qurtuluş Müharibәsinin bütün qәhramanlarını hörmәtlә yad edib.



Әlaqәli Xәbәrlәr