Mövlud Çavuşoğlu vә Mayk Pompeo koronavirusla mübarizә mәsәlәsini müzakirә edib
Tәrәflәr yeni növ koronavirusla mübarizә mәsәlәsini müzakirә ediblәr.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo arasında telefon danışığı olub. Tәrәflәr yeni növ koronavirusla mübarizә mәsәlәsini müzakirә ediblәr.
Görüşlә başlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verәn Mayk Pompeo deyib: ‘‘Bu gün Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu ilә koronavirusla mübarizәdә ABŞ ilә Türkiyә arasındakı әmәkdaşlığı müzakirә etdik’’.
ABŞ Dövlәt Departamentinin mәtbuat katibi Morqan Ortaqus da gürüşlә bağlı verdiyi açıqlamada epidemiya ilә mübarizәdә NATO-nun rolunun da vurğulandığını bildirib.
‘‘Nazir Mayk Pompeo göndәrdiyi tibbi lәvazimat üçün Türkiyәyә tәşәkkür edib.Tәrәflәr hәmçinin iqtisadiyyat vә tәhlükәsizlik mәsәlәlәrindәki ikitәrәfli münasibәtlәri dә müzakirә edib’’,-deyә Morqan Ortaqus söylәyib.