"Türkiyə Avropa İttifaqının üzvü olarsa..." M.Çavuşoğlu

9 May Avropa Günü münasibətilə təbrik mesajı paylaşan M.Çavuşoğlu deyib...

1413891
"Türkiyə Avropa İttifaqının üzvü olarsa..." M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gələcəkdə beynəlxalq qüvvələrin daha güclü Avropa İttifaqına ehtiyacı olacağını vurğulayıb.

  9 May Avropa Günü münasibətilə təbrik mesajı paylaşan M.Çavuşoğlu deyib: "Türkiyə Avropa İttifaqının üzvü olsaydı, birlik daha güclü olar, təkcə korona virusu (Covid-19) epidemiyasıyla deyil, hər cür çətinliklə daha yaxşı mübarizə aparardı.

  Dünya tarixində sülh, rifah layihələri və ümümi dəyərləri ön plana çıxaran Aİ ictimai həyatın bir çox sahəsini tənzimləyən ortaq siyasəti ilə həm vətəndaşlarına, həm də beynəlxalq birliyə əhəmiyyətli töhfələr verib.

  Gərginləşən geosiyasi rəqabət, çoxtərəfli və regional münaqişələrlə dolu  təhdidlər bütün dünyanı sınaqdan keçirir. Beynəlxalq sistem qeyri-müəyyənlik və qarşıdurmalarla dolu bir çevrilişlər dövrü yaşayır. Bu meydanoxumalar vəziyyətində Avropa İttifaqı bir tərəfdən mövcud müttəfiqləri, bir tərəfdən də yeni birliklərlə əməkdaşlıq və həmrəyliyi artırmalı, özünü daha da gücləndirməlidir.

  Aİ-yə namizəd ölkə mövqeyində olan Türkiyə üzvlüyü ilə ittifaqın quruluş prinsiplərinə bağlı, məsuliyyətli və qlobal aktyor olmaq üçün hər cür töhfəni verməyə hazırdır.

  Türkiyə mövcud sınaqlar keçidində ittifaqa ən çox kömək edən ilk ölkələr sırasında oldu.

  Avropa İttifaqı və Türkiyə xarici siyasətdən iqtisadi və ticarət əlaqələrinə, təhlükəsizlik və terrorla mübarizədən sərhəd idarəçiliyinə, məşğulluqdan miqrasiya məsələlərinə qədər geniş sahədə ortaq faydalar paylaşır. Aİ – Türkiyə əlaqələri hər sahədə iş birliyini inkişaf etdirməklə yanaşı bölgə və beynəlxalq sistemin gələcəyi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

  Türkiyə epidemiya böhranı sırasında iş birliyinə hazır olduğunu bir daha isbatladı. Bu baxımdan Aİ-dən gözləntimiz dar fikirli milli yanaşmalardan uzaq olan, ittifaqın qlobal məsuliyyətlərini əks etdirən və özünün "Müxtəliflikdə birlik” şüarını daşıyan ağıllı siyasətini doğru yürütməyə davam etsin. Türkiyə ortaq gələcək üçün Avropa İttifaqı ilə hər cür səmimi və anlamlı iş birliyinə açıqdır. Bu düşüncələrlə bütün avropalıları, orada yaşayan Türkiyə vətəndaşlarımızı 9 May Avropa Günü münasibətilə ən xoş arzularla təbrik edirəm."



Әlaqәli Xәbәrlәr