Türkiyə Tunis və Ukraynaya tibbi ləvazimat göndərdi

Türkiyə yeni növ koronavirus (Covid-19) pandemiyasından təsirlənən ölkələrə yardım məqsədilə tibbi avadanlıqlar göndərməyə davam edir.

1413273
Türkiyə Tunis və Ukraynaya tibbi ləvazimat göndərdi

Türkiyə yeni növ koronavirus (Covid-19) pandemiyasından təsirlənən ölkələrə yardım məqsədilə tibbi avadanlıqlar göndərməyə davam edir.
Son olaraq tibbi avadanlıqlar Tunis və Ukraynaya göndərildi.
Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada "Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə hazırlanan və "Covid-19" virusu ilə mübarizədə istifadə ediləcək tibbi yardım materialları Tunisə göndərildi" ifadələri işlədilib.

Nazirliyin başqa açıqlamasında isə, prezident Ərdoğanın göstərişi ilə Nazirlik tərəfindən tibbi avadanlıqların hazırlandığı və "Covid-19" pandemiyası ilə mübarizədə Ukraynaya göndərildiyi bildirilib. 



Әlaqәli Xәbәrlәr