Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri İdlibi müzakirə etdilər

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə

1395864
Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri İdlibi müzakirə etdilər

 

  Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal rusiyalı həmkarı Sergey Verşininlə Suriyanın İdlib məsələsini müzakirə ediblər.

  Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ruisya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal telefonla danışıblar. Söhbət zamanı Suriya mövzusu müzakirə edilib, İdlibdə sabitliyin bərqərar olmasıyla əlaqədar Türkiyə və Rusiya arasında bağlanmış müqavilələrinin necə icra olunduğu, Birləşmiş Millətlər Təşkilatı ilə həyata keçirilən mərhələlər ətraflı müzakirə edilib.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin martın 5-də Moskvada görüşərək İdlibdə atəşkəs barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr