"Qaçqın problemi Avropa ölkələrinin maskalarını saldı", S.Soylu

S.Soylu Yunanıstan sərhədindəki mühacir problemilə bağlı şərh verərək deyib...

1373882
"Qaçqın problemi Avropa ölkələrinin maskalarını saldı", S.Soylu
siginmaci gocmen.jpg
siginmaci gocmen yunan
siginmaci gocmen yunan
siginmaci gocmen yunan

 

  Türkiyənin daxili işlər naziri Süleyman Soylu Yunanıstan sərhədində yaşanan qaçqın probleminin Avropa ölkələrinin maskalarını saldığını söyləyib.

  S.Soylu Yunanıstan sərhədindəki mühacir problemilə bağlı şərh verərək deyib: “İnsan haqları ilə bağlı, Yunanıstan başda olmaqla, Avropanın da maskası düşdü. “21-ci əsrdə belə bir tablo ilə qarşılaşacağ”ımızı söyləsələr, “zarafat edirsiniz” deyərdik, amma bu hadisə bu məsələni də başa saldı bizə. Maskalar düşdü. Sözdə humanist nitqləri söyləyənlərin nə qədər mərhəmətsiz olduqları ortaya çıxdı.

  Sərhədi keçən qaçqın sayı 143 mini keçdi. Yunanıstanda cəmi 115 min xarici var. Bizdə nə qədər var? 4 milyon. İnsan bir söz söyləyərkən boyuna baxar. Cenevrə Müqaviləsini tamamilə pozdular.

  Yunanıstan baş naziri Kiryakos Miçotakisin “sərhədləri tutma” kimi bir qabiliyyətinin olmadığı ortaya çıxdı.

  Siz bundan sonra olacaqlara baxın. Bundan əvvəlkilər bir şey deyil”.



Әlaqәli Xәbәrlәr