"İdlibdə Bahar Qalxanı Hərəkatı uğurla davam edir", H.Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar 27 fevralda Suriyanın İdlib bölgəsindəki mənfur hücumdan sonra başlanan Bahar Qalxanı Hərəkatının müvəffəqiyyətlə davam etdiyini söyləyərək bildirib...

1369392
"İdlibdə Bahar Qalxanı Hərəkatı uğurla davam edir", H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar 27 fevralda Suriyanın İdlib bölgəsindəki mənfur hücumdan sonra başlanan Bahar Qalxanı Hərəkatının müvəffəqiyyətlə davam etdiyini söyləyərək bildirib:

  "Bu ana qədər 1 Pilotsuz Uçan Aparat (PUA), 8 vertolyot, 103 tank, 72 çoxlüləli roketatar (ÇNRA), 3 hava müdafiə sistemi və 2212 Əsəd əsgəri zərərsizləşdirilib. Rusiya ilə qarşı-qarşıya gəlmək kimi niyyətimiz və məqsədimiz yoxdur. Niyyətimiz Suriya hökumətinin qırğına son qoyması, radikallaşma və köçün qarşısını almaqdır.

  Rusiyadan gözləntimiz rejimin hücumlarını dayandıraraq Soçi müqaviləsində yazılan sərhədlərə qədər geri çəkilmələridir.

  Türkiyənin İdlibdəki müşahidə məntəqələri və mövqelərinə qarşı hücumlara qanuni müdafiəetmə haqqımız daxilində cavab veriləcəyindən kimsənin şübhəsi olmasın.

  Hədəfimiz yalnız hərbi birliklərimizə hücum edən Əsəd əsgərləri və ünsürləridir."



Әlaqәli Xәbәrlәr