İdlibdə 5 əsgərimiz şəhid oldu

Suriyada İdlib şəhərinin şimalında Bəşər Əsəd rejimi qüvvələrinin artilleriya hücumları nəticəsində 5 əsgər şəhid oldu, 5-i yaralandı.

1356653
İdlibdə 5 əsgərimiz şəhid oldu

Milli Müdafiə Nazirliyinin Mətbuat və İnformasiya ofisindən mövzu ilə bağlı açıqlama verilib.

Nazirliyin şərhində İdlibdəki qarşıdurmaların qarşısını almaq, sərhəd təhlükəsizliyini bərpa etmək, miqrasiyanın və insan dramasının qarşısını almaq üçün bölgəyə cəlb olunan Türk hərbi qüvvələrinə  bu gün Rejim tərəfindən hücum təşkil edildiyi, nəticədə 5 qəhrəman Türk hərbçinin şəhid olduğu, 5-nin isə yaralandığı bildirilib. Hücumdan sonra bölgədə təyin olunan hədəflərə atəş açılaraq lazımlı cavabın verildiyi ifadə edilən açıqlamada: “Hədəflər məhv edildi. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Prezident aparatı yanında kommunikasiya rəhbərliyinin prezidenti Fahrettin Altun da sosial mediada hesabında yaydığı açıqlamada, 5- hərbçinin şəhid olduğu hücuma lazımlı cavabın verildiyini, düşmən hədəflərinin darmadağın edildiyini bildirib. Bu xain hücumun əmrini verən döyüş cinayətkarı rejimin yalnız Türkiyəni yox, eyni vaxtda beynəlxalq cəmiyyəti də hədəfə götürdüyünə diqqət çəkib. Altun vurğulayıb ki, Dünyanın hər yerində sülh və sabitlik uğrunda mübarizə aparan qəhrəman Türk Silahlı Kuvvetleri bayrağımıza uzanan əlləri qırmaqda, dostun güvən və dincliyini təmin etməkdə düşmənin qorxusu olmaqda davam edəcək.

 



Әlaqәli Xәbәrlәr