Türkiyə ABŞ-İran arasındakı gərginlikdən narahatlığını dilə gətirdi

Türkiyə ABŞ-İran arasındakı gərginlikdən narahatlığını açıqladı.

1334428
Türkiyə ABŞ-İran arasındakı gərginlikdən narahatlığını dilə gətirdi

Türkiyə ABŞ-İran arasındakı gərginlikdən narahatlığını açıqladı.

Xarici İşlər Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş Qasım Süleymaninin öldürülməsilə əlaqədar açıqlama verdi.

Xüsusilə İraqın toqquşma bölgəsinə çevrilməsinin həm İraqın, həm də bölgənin sülh və sabitliyinə zərər verəcəyi barədə xəbərdarlıq edilən açıqlamada bildirilib ki, bu çərçivədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş Qasım Süleymani və birlikdə olduğu konvoya qarşı dekabrın 3-də səhər radələrində Bağdadda keçirilən ABŞ-ın hava əməliyyatının bölgədəki etimadsızlıq və sabitsizliyi artıracağı məlumdur. Bölgəmizdə sabitliyi təhdid edən buna oxşar gərginliyi artıracaq addımların zorakılığı artıracağı və bu vəziyyətdən bütün tərəflərin zərər görəcəyi bilinməlidir.

Türkiyənin bölgədə xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi toqquşmaların hər zaman əleyhinə olduğu vurğulanan açıqlamada bütün tərəflər məntiq və etidallı hərəkət etməyə, bölgənin sülh və sabitliyini təhlükədə buraxacaq təktərəfli addımlardan imtina etməyə və diplomatiyaya üstünlük verməyə dəvət edilib.



Әlaqәli Xәbәrlәr