Milli müdafiə naziri Hulusi Akar gürcüstanlı həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Gürcüstanın müdafiə naziri İraqli Qaribaşvili ilə görüşüb.

1328963
Milli müdafiə naziri Hulusi Akar gürcüstanlı həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar Gürcüstanın müdafiə naziri İraqli Qaribaşvili ilə görüşüb.

Akar qonaq həmkarını Nazirlikdə keçirilən hərbi mərasimlə qarşılayıb.

Qaribaşvilinin Nazirliyin qəbul dəftərini imzalamasından sonra iki nazirin görüşü olub, daha sonra isə heyətlər arasında görüş baş tutub.

Heyətlər arasında keçirilən görüşlər zamanı iki ölkə arasında Hərbi Maliyyə Əməkdaşlığına dair razılaşma imzalanıb.

Görüşlərdə ikitərəfli və regional təhlükəsizlik və müdafiə mövzularında fikir mübadiləsi aparıldığı açıqlanıb.


Etiketlәr: #müdafiə naziri

Әlaqәli Xәbәrlәr