"Türkiyə İsrailin beynəlxalq məhkəməyə verilməsi fikrini dəstəkləyir", H.Aksoy

Sözügedən mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy yazılı məlumat yayıb...

1327567
"Türkiyə İsrailin beynəlxalq məhkəməyə verilməsi fikrini dəstəkləyir", H.Aksoy

 

  Türkiyə Beynəlxalq Cəza Məhkəməsinin (UCM) İsrailin törətdiyi müharibə cinayətləri ilə əlaqədar istintaq başlanılmasını istəməsini məmnuniyyətlə qarşıladı.

  Sözügedən mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy yazılı məlumat yayıb:

  “Beynəlxalq Cəza Məhkəməsinin baş prokuroru Fatou Bensoudanın İsrailin Fələstin torpaqlarında – İordan çayının qərb sahilləri və Qəzzada törətdiyi döyüş cinayətlərilə bağlı istintaqın başlanılmasını tələb edib. Türkiyə bu qərarı müsbət qarşılayır.

  İsrailin Fələstindəki müharibə cinayətlərindən məsul olan adamları insan haqqları pozuntuları ilə əlaqədar hesabat verməli, fələstinlilər beynəlxalq qorumaya alınmalı, ölkədə illərdir davam edən ədalətsizlik sona çatmalıdır. Əks halda, İsrail bəzi üçüncü ölkələrin dəstəyilə yaradılan toxunulmazlıq iddiası ilə bu cinayətləri törətməyə davam edəcək.

  Bu mövzuda istintaq başlanılmasını və bütün beynəlxalq cəmiyyəti bu istiqamətdə atılacaq addımları dəstəkləməyə çağırırıq.”  



Әlaqәli Xәbәrlәr