Türkiyə ABŞ-ın sanksiya qərarına reaksiya verdi

Nazirlikdən yayılan açıqlamada yazılır...

1321958
Türkiyə ABŞ-ın sanksiya qərarına reaksiya verdi

 

  Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul edilən sanksiya  tətbiqinə  dair qanun layihəsinin Türkiyənin suveren qərarlarına hörmətsizlik olduğunu bildirib.

  Nazirlikdən yayılan açıqlamada yazılır:

  “Sülh çeşməsi” əməliyyatı və S-400 hava hücumundan müdafiə sisteminə görə Türkiyəyə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilməsinin əsas səbəbi uzun müddətdir planlarının Suriyanın şimalında həyata keçirmələrinin qarşısını almağımızdır.

  Son vaxtlar Konqresin hər iki palatasında daxili siyasi hesablara dayanan və Türkiyə əleyhdarlarının dəstəklədikləri addımlar milli güvenliyimizə dair suveren qərarlarımıza hörmətsizliyin yeni bir təzahürüdür. Bu cəhdlər Türkiyə-ABŞ münasibətlərinə ağır zərbə endirə bilər.

  Türkiyə 29 oktyabrda da ABŞ Nümayəndələr Palatasında bənzər qanun layihəsinin qəbul edilməsinə reaksiya vermişdi. Yenə eyni mövzuların senatın gündəliyinə daxil edilməsi göstərir ki, Türkiyənin şərhləri və verdiyi reaksiya qulaqardına vurulub.

  ABŞ-a bir daha səslənirik: iki ölkə arasındakı əlaqələrə zərbə endirəcək addımlardan uzaq durun”.



Әlaqәli Xәbәrlәr