Peqasus aviaşirkətinin Mədinə və Batum reysləri başlayır

Peqasus aviaşirkətinin Səudiyyə Ərəbistanının Mədinə və Gürcüstanın Batumi şəhərinə reysləri başlayır.

1321456
Peqasus aviaşirkətinin Mədinə və Batum reysləri başlayır

Pegasus, 12 yanvar 2020-ci il tarixindən etibarən Səudiyyə Ərəbistanında dördüncü marşrut Mədinə şəhərinə uçuşlara başlayacaq. Avuaşirkətin Gürcüstandakı Tiflisdən sonra ikinci uçuş nöqtəsi olan Batumiyə uçuşları 29 mart 2020-ci ildə başlayacaq.

Peqasusun İstanbul Sabiha Gökçən-Mədinə uçuş biletləri 89.99 dollara, Sabiha Gökçen-Batumi uçuş biletləri 59.99 dollardan başlayan qiymətlərlə satılır.

Peqasusun Sabiha Gökçən-Mədinə uçuşları, birinci və cümə axşamı günləri Türkiyə saatıyla 20.35-da, bazar günləri 22.35-də, Şahzadə Məhəmməd Bin Əbdüləziz Hava Limanı- İstanbul Sabiha Gokcən Hava Limanı uçuşları isə həftənin birinci günü 03.15-də, Çərşənbə axşamı və Cümə günü 01.50-də reallaşacaq.

Sabiha Gökçen-Batumi reysləri həftənin birinci günü, Çərşənbə və Cümə günləri 12.30-da və Bazar günü saat 12.25-də, Batumi Hava limanı- Sabiha Gökçən isə birinci gün, Çərşənbə, Cümə və Bazar günü 16.05-də təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr