Milli Müdafiə Nazirliyi terror təşkilatı PKK/YPG-nin 45 dinc vətəndaşı qətlə yetirdiyini bildirib

Terror təşkilatı PKK/YPG “Sülh çeşməsi” hərəkatı bölgəsində və ölkə daxilində oktyabrın 9-dan bəridir 45 dinc vətəndaşı qətlə yetirdi, 244  dinc sakini də yaraladı.

1317663

Milli Müdafiə Nazirliyinin “twitter” hesabında bildirilib ki, Fəratın şərqində Təhlükəsiz Bölgənin yaradılmasına dair fəaliyyətlərə 17-22 oktyabrda ABŞ və Rusiya Federasiyası ilə qəbul edilən razılaşmalara sadiq qalınaraq davam edilir.

Milli Müdafiə Nazirliyinin mübarizəsinin terrorçularla olduğu və günahsız dinc sakinlərin hədəf alınmadığı vurğulanan açıqlamada “9 oktyabr tarixindən bəridir “Sülh çeşməsi” hərəkatı bölgəsində birbaşa dinc vətəndaşların hədəf alındığı minalanmış maşın hücumlarında 23 günahsız vətəndayı qətlə yetirdi, 55 sivil isə xəsarət aldı. Ölkə daxilindəki minomyot/raket hücumlarında isə 22 günahsız vətəndaş qətlə yetirilmiş, 189 vətəndaş isə yaralanmışdır" ifadələri yer alıb.

Әlaqәli Xәbәrlәr