İraqın şimalında altı terrorçu da zәrәrsizlәşdirilib

Bu barәdә Türkiyənin  Milli Müdafiə Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn məlumatda bildirilib.(YENİLƏNİB)

1306801
İraqın şimalında altı terrorçu da zәrәrsizlәşdirilib

Türkiyә Silahlı Qüvvәlәri İraqın şimalında terror tәşkilatı PKK-ya qarşı hava әmәliyyatı hәyata keçirib.

Bu barәdә Türkiyənin  Milli Müdafiə Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn məlumatda bildirilib.

Mәlumata әsasәn, Türkiyә Silahlı Qüvvәlәri İraqın şimalındakı Zap  bölgәsindә  әmәliyyat hәyata keçirib.

Әmәliyyat zamanı  tәsbit edilәn altı terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Diyarbəkir Görese dağı bölgəsində isə Vilayət Jandarm Komandanlığı tərəfindən keçirilən və havadan dəstəklənən əməliyyatda 2 terrorçu silahları ilə birlikdə zərərsizləşdirilib. 

Bölgədə əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr