YPG/PKK-nın təhlükəsiz bölgədən çıxarılacağına dair vəd yerinə yetirilmədi” R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı YPG/PKK-nın təhlükəsiz bölgədən çıxarılacağına dair vədin yerinə yetirilmədiyini bildirdi.

1301944
YPG/PKK-nın təhlükəsiz bölgədən çıxarılacağına dair vəd yerinə yetirilmədi” R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı YPG/PKK-nın təhlükəsiz bölgədən çıxarılacağına dair vədin yerinə yetirilmədiyini bildirdi.

Ərdoğan Macarıstana edəcəyi səfərindən əvvəl Ankara Əsənboğa hava limanında keçirilən mətbuat konfransında deyib: “Suriyanın şimalında, xarici qüvvələrin də dəstəyilə terror dəhlizi yaratmaq cəhdi göstərən YPG/PKK və DEAŞ-a qarşı aparılan “Sülh çeşməsi” hərəkatı ilə ölkəmiz 8 illik çirkli planları sadəcə 8-9 gün ərzində məhv etmişdir. Türkiyənin əleyhinə olmaq bahasına terrorçulara dəstək olanlar, pul alıb qatillik edənləri qoruyanları unutmayacağıq”.

Ərdoğan Türkiyə ilə ABŞ və Rusiya arasında Suriyanın şimal-şərqi üçün qəbul edilən razılaşmaya da toxunaraq bildirib ki, YPG/PYD, DEAŞ, PKK bunların çəkildiyi yaxud çekiləcəyinə dair vədi 120 saat ərzində bizə verən ABŞ hazırda bunu yerinə yetirməyib. Eyni şəkildə Rusiya ilə qəbul etdiyimiz razılaşmada da 150 saat ərzində ümumilikdə onların nəzarətində olan bölgələrdə təəssüf ki, 150 saat keçdi, hazırda o bölgələrdən də terrorçular çıxmayıb.

Terrorçuların Suriya Milli Ordusuna hücum etdiyini dilə gətirən Ərdoğan “Bu gün səhər 11 şəhid var. Əlbəttə qarşı tərəfdən də bundan daha çox öldürülüb” deyib.

DEAŞ-ın terrorçubaşı Əbubəkir əl Bağdadinin yoldaşının təqribən bir il yarımdır əllərində olduğunu vurğulayan Ərdoğan bununla əlaqədar qərara Ədliyyə Nazirliyinin gələcəyini bildirib.

Ərdoğan “Bağdadinin yoldaşının yanında DNT-si təsdiqlənmiş uşağının da olması bizim üçün həssas və  əhəmiyyətlidir. İstintaq işləri də qətiyyətli şəkildə davam edir. İndiyədək Türkiyəyə girməsi qadağan olan DEAŞ-lıların sayı 76 minə yaxındır. Ölkədən çıxarılan DEAŞ-lıların sayı isə 7 min 550-dir. Həbsxanalarda isə min 149 DEAŞ-lı məhkum tutulur” deyib.



Әlaqәli Xәbәrlәr