Türkiyәnin Milli Müdafiә Nazirliyi ABŞ-ın İdlibә tәşkil etdiyi әmәliyyatla bağlı açıqlama verdi

Milli Müdafiә Nazirliyi  Amerika Birlәşmiş Ştatlarının Suriyanın İdlib şәhәrinә tәşkil etdiyi vә DEAŞ başçısı Әbubәkir әl-Bağdadinin  öldürüldüyü әmәliyyat ilә bağlı yazılı açıqlama verib.

1295705
Türkiyәnin Milli Müdafiә Nazirliyi ABŞ-ın İdlibә tәşkil etdiyi әmәliyyatla bağlı açıqlama verdi

 

Türkiyәnin Milli Müdafiә Nazirliyi (MMN) Amerika Birlәşmiş Ştatlarının Suriyanın İdlib şәhәrinә tәşkil etdiyi әmәliyyat zamanı  başda DEAŞ olmaqla PKK/PYD/YPQ terror tәşkilatları ilә mübarizә çәrçivәsindә müttәfiqlik  vә strateji tәrәfdaşlıq ruhuna uyğun hәrәkәt etdiyini  bildirib.

Milli Müdafiә Nazirliyi  Amerika Birlәşmiş Ştatlarının Suriyanın İdlib şәhәrinә tәşkil etdiyi vә DEAŞ başçısı Әbubәkir әl-Bağdadinin  öldürüldüyü әmәliyyat ilә bağlı yazılı açıqlama verib.

Açıqlamada  әmәliyyat çәrçivәsindә  ABŞ birliklәri ilә qarşılıqlı müdaxilәnin qarşısının alınması  vә qarşılıqlı fәaliyyәt prinsiplәrinә uyğun hәrәkәt edildiyi bildirilib.

Amerika Birlәşmiş Ştatlarının  şәmbә günü İdlibә tәşkil edilәn әmәliyyatdan әvvәl hәrbi sәlahiyyәtlilәr arasında koordinasiya vә  mәlumat mübadilәsinin aparıldığı  bildirilib.

‘‘Amerika Birlәşmiş Ştatları әmәliyyatdan әvvәl vә әmәliyyat zamanı başda DEAŞ olmaqla PKK/PYD/YPQ terror tәşkilatları ilә mübarizә çәrçivәsindә müttәfiqlik vә srtateji tәrәfdaşlıq ruhuna uyğun hәrәkәt edib’’,-deyә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn açıqlamada bildirilib.



Әlaqәli Xәbәrlәr