Türkiyә İraqdakı vәtәndaşlarına xәbәrdarlıq edib

Türkiyә İraqın müxtәlif  şəhərlərində keçirilәn nümayişlәr ilә bağlı Türkiyә vәtәndaşlarına mәcbur olmadıqları tәqdirdә hadisәlәrin yaşandığı bölgәlәrә səyahәt etmәmәlәri ilә әlaqәdar xәbәrdarlıq edib.

1295107

Bu barәdә Türkiyә Xarici İşlәr Nazirliyinin rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.

Xarici işlәr Nazirliyi  İraqda dünәn baş verәn hadisәlәrlә әlaqәdar bәyanat verib.

Bәyanatda İraqın müxtәlif  şəhərlərində keçirilәn nümayişlәr ilә bağlı Türkiyә vәtәndaşlarına mәcbur olmadıqları tәqdirdә hadisәlәrin yaşandığı bölgәlәrә səyahәt etmәmәlәri  ilә әlaqәdar xәbәrdarlıq edilib.

‘‘Hazırda İraqda olan vәtәndaşlarımızın İraq orqanlarının xәbәrdarlıqlarını yaxından tәqib etmәlәri, nümayişin yaşandığı bölgәlәrә getmәmәlәri tövsiyә edilir’’,-deyә bәyanatda vurğulanıb.

Bәyanatda hәmçinin deyilir: ‘‘Yardıma ehtiyacı olanlar ilә İraqdakı yaxınları ilә әlaqә saxlaya bilmәyәn vәtәndaşlarımız Konsulluğun qaynar xәttinә  (+90 312 292 29 29), Türkiyənin Bağdaddakı səfirliyinə (+964 771 233 9023) nömrəli telefonlardan və embassy.baghdad@mfa.gov.tr elektron poçt ünvanından  mәlumat ala bilәrlәr’’.

Әlaqәli Xәbәrlәr