Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə bir günlük işgüzar səfər etdi.(YENİLƏNİB)

1292045
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə bir günlük işgüzar səfər etdi.

Prezident Aparatı Mətbuat Xidmətinin açıqlamasına görə, Ərdoğan Putinlə Soçidə təkbətək görüşdükdən sonra nümayəndə heyətləri arasındakı görüşlərə başçılıq  edəcək.

Görüşlərdə Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə  yanaşı Suriya başda olmaqla regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

 PrezidentiRəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Suriyanın şimalında əldə edilmiş atəşkəsin uzadılması ilə bağlı təklifinə münasibət bildirdi.

 Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında Ərdoğan dedi ki, Fransa Prezidentindən atəşkəsin uzadılması ilə bağlı ona hər hansı təklifi gəlməyib.

“Makron belə məsələləri terrorçularla müzakirə edir. Biz bu müddət ərzində ancaq ABŞ-la danışıqlar aparmışıq”, - deyə Türkiyə Prezidenti vurğuladı.  



Әlaqәli Xәbәrlәr