MMN: ‘‘Terrorçuların bölgәdәn çıxarılmasına dair proses yaxından tәqib edilir’’

Türkiyә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı  әldә olunan razılaşma çәrçivәsindә separatçı terror tәşkilatı YPQ/PKK-ya üzv terrorçuların bölgәdәn çıxarılmasına dair prosesin yaxından tәqib edildiyini vә  bölgәdәn 136 vasitәnin çıxdığını bildirib.

1292624
MMN: ‘‘Terrorçuların bölgәdәn çıxarılmasına dair proses yaxından tәqib edilir’’

 

Türkiyә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı  әldә olunan razılaşma çәrçivәsindә separatçı terror tәşkilatı YPQ/PKK-ya üzv terrorçuların bölgәdәn çıxarılmasına dair prosesin yaxından tәqib edildiyini vә  bölgәdәn 136 vasitәnin çıxdığını bildirib.

Bu barәdә Milli Müdafiә Nazirliyi (MMN)  tәrәfindәn keçirilәn mәtbuat konfransında bildirilib. Mәtbuat konfransında çıxış edәn Milli Müdafiә Nazirliyini rәsmisi Şәbnәm Aktop ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı mәlumat verib.

Amerika Birləşmiş Ştatları ilə oktyabrın 17-dә әldә olunan razılaşma çәrçivәsindә PKK/YPQ  terrorçuların müəyyən edilәn tәhlükәsiz bölgәdәn çıxarılması, ağır  silahlarının toplanması üçün nəzərdə tutulan 120 saatlıq müddətin davam etdiyini xatırladan Aktop  bu çərçivədə bölgәdәn  136 vasitәnin çıxdığını bildirib.

Aktop  Türkiyә Silahlı Qüvvələrinin  yerlәşdiklәri bölgәdә hәr növ tәhlükәsizlik  tədbirini görәrәk  müşahidə fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

‘‘Türkiyә Silahlı Qüvvәlәri tәhlükәsiz bölgәnin yaradılması ilә әlaqәdar әldә olunan razılaşma ilә bağlı üzәrinә düşәn öhdәliyini yerinә yetirәrkәn PKK/YPQ terrorçuları razılaşmanın әsaslarını 42 dәfә pozub. ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı çәrçivәsindә indiyәdәk 160 yaşayış mәntәqәsi, 2 min 200 kvadrat metr sahә nәzarәt altına alınıb, 775 terrorçu zәrәrsizlәşdirilib’’,-deyә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmisi qeyd edib.

Nəzarət altına alınan bölgədə həyatın normal axarına  qayıtması üçün  bölgәnin mina vә kustar üsulla hazırlanan partlayıcılardan tәmizlәnmәsi istiqamәtindәki fәaliyyәtlәrin davam etdiyini bildirәn Aktop qeyd edib ki, bu günәdәk 40 mina vә 222 üsulla hazırlanan partlayıcı maddә mәhv edilib.

Aktop  müddətlə bağlı bir dəyişikliyin  olmadığını ifadə edərək "Saat 22.00-dәn  sonra bölgәdәki  minaların, kustar üsulla hazırlanan partlayıcı maddәlәrin tәmizlәnmәsi, tunellәrin aşkar edilmәsi ilә bağlı fәaliyyәtlәrә davam edәcәyik’’ deyib.



Әlaqәli Xәbәrlәr