YPG/PKK dinc vətəndaşları olduğu kimi jurnalistləri də hədəfə alır

Suriyadakı terror təşkilatı YPG/PKK dinc vətəndaşları olduğu kimi jurnalistləri də hədəfə alır.

1286510
YPG/PKK dinc vətəndaşları olduğu kimi jurnalistləri də hədəfə alır

Suriyadakı terror təşkilatı YPG/PKK dinc vətəndaşları olduğu kimi jurnalistləri də hədəfə alır.

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda jurnalistlərin yerləşdiyi bina terrorçular tərəfindən iki dəfə vurulub.

Türkiyənin cənub sərhədində yaradılmağa cəhd göstərilən terror dəhlizini aradan qaldırmaq, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə Türk Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə Suriyanın şimalında YPG/PKK və DEAŞ terror təşkilatlarına qarşı başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı davam edir.

Suriyada işğal olunan YPG/PKK terror təşkilatının işğalındakı Qamışlıdan Nusaybinə uzun lüləli silahlarla atəş edildi.

Güllələrin jurnalistlərin olduğu binaya dəyməsi nəticəsində Anadolu agentliyi müxbirləri Ömər Yasin Ergin və Əhməd Kaplan sınan şüşələrin tökülməsilə yüngül yaralandı.



Әlaqәli Xәbәrlәr