Prezidentin müavini Fuad Oqtay “Sülh çeşməsi” hərəkatı ilə əlaqədar sualları cavablandırdı

Prezidentin müavini Fuad Oqtay dünyanın terror təşkilatları ilə kürdləri bir-birindən ayrı tutmasının vacibliyini söylədi.

1286365
Prezidentin müavini Fuad Oqtay “Sülh çeşməsi” hərəkatı ilə əlaqədar sualları cavablandırdı

Prezidentin müavini Fuad Oqtay dünyanın terror təşkilatları ilə kürdləri bir-birindən ayrı tutmasının vacibliyini söylədi.

“TRT World” televiziya proqramına qatılan Oqtay “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə əlaqədar sualları cavablandırdı.

Türkiyənin kürdlərlə mübarizə aparmadığını vurğulayan Oqtay "Biz PKK/YPG terror təşkilatıyla mübarizə edirik. Dünya terror təşkilatıyla kürdləri bir-birindən ayırmalıdır. Türkiyədə türklər, kürdlər, ərəblər həmişə birlikdə yaşayır. Amma heç bir terror təşkilatının və ya ölkənin bizə təhdid olmasına icazə vermərik. Buna DEAŞ da daxil" deyə bildirdi.

Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatının bir işğal əməliyyatı olmadığını vurğulayan Oqtay, "Dinc vətəndaşlar öz torpaqlarına qayıda bilsin deyə biz burada bir bölgədə sabitlik yaratmağa cəhd göstəririk. Buna suriyalı kürdlər də daxildir." dedi.

Türkiyənin cənubunda terror dəhlizi, terror dövləti qurmasına icazə verməyəcəyini dəfələrlə söylədiyini xatırladan Oqtay hərəkata bölgəni terrorçulardan təmizləyənə qədər davam edəcəklərini bildirdi.

Hərəkatın bir digər əhəmiyyətli məqsədini "təhlükəsiz bölgə yaratmaq" olaraq ifadə edən Oqtay bununla da Türkiyədəki təxminən 4 milyon suriyalının könüllü olaraq öz torpaqlarına qayıda biləcəyini dilə gətirdi.

Oqtay Türkiyənin dinc vətəndaşların ölməməsinə diqqət yetirdiyinə, hərəkatın başlamasından bəridir Suriya tərəfində heç bir dinc vətəndaşın həyatını itirmədiyinə diqqəti çəkərək belə davam etdi:

"Ancaq Türkiyə tərəfinə yüzlərlə raket və minomyot hücumu oldu. Bu hücumlarda 6 vətəndaş şəhid oldu. Bunlardan biri 9 aylıq körpə. Bütün dünya fərqi görməlidir".

Oqtay heç bir ölkənin sərhədindəki terror təşkilatına və bu təşkilatın hücumuyla vətəndaşlarının zərər görməsinə icazə verməyəcəyini, Türkiyənin də buna icazə verməyəcəyini vurğuladı.



Әlaqәli Xәbәrlәr