TSQ DEAŞ ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusudur

Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) DEAŞ ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusu olduğunu bildirdi.

1284541
TSQ DEAŞ ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusudur

 

  Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) DAEŞ-lə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusu olduğunu vurğuladı.

  Milli Müdafiə Nazirliyinin “twitter” səhifəsində TSQ-nın ölkənin daxili və xaricində həyata keçirdiyi əməliyyatlara dair açıqlama yer alıb.

  TSQ-nın Suriyada “Fərat qalxanı” əməliyyatında sahədə DAEŞ terror təşkilatı ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusu olduğu vurğulanan açıqlamada bildirilib ki, “DAEŞ-in qanlı terror aktlarından ən çox zərər çəkən ölkələrdən biri olan Türkiyə həm ölkə daxilində, həm də sərhədlərdən kənarda bu terror təşkilatı ilə artan temp və şiddətli mübarizə aparıb və Fəratın şərqində də bu mübarizə davam edəcək.

  Açıqlamada TSQ-nın “Fərat qalxanı” əməliyyatında DAEŞ-ın müqəddəs yer kimi qəbul etdiyi Dabık bölgəsini ələ keçirməsilə təşkilata ən böyük hərbi və ideoloji zərbənin endirildiyi də xatırladılıb.



Әlaqәli Xәbәrlәr